65 yaşdan yuxarı vətəndaşlara küçəyə çıxmağa icazə veriləcək

Türkiyənin koronavirusa qarşı mübarizə təşkilatının rəhbəri Tevfik Özlü koronavirus pandemiyası ilə bağlı gözlənilməz açıqlamaları ilə diqqət çəkib.

Leqal.info xəbər verir ki, pandemiyanın bitmədiyini vurğulayan professor Özlü 65 yaşdan yuxarı olan vətəndaşlar üçün "Həftə sonu digər insanların küçəyə çıxmadığı günlərdə 65 yaşdan yuxarı şəxslərə küçəyə çıxma icazəsi veriləcək" deyib.

Özlü açıqlamasının davamında "Mən öz adıma belə bir qərarın doğru olacağına inandığımı söyləmişdim. Böyüklərimiz xeyli vaxtdır evdədirlər. Bu onların həm fiziki, həm də ruhən sağlamlıqları üçün böyük risqdir. Onları qorumaq lazımdır. Bu da mümkün görünür. Bir neçə saat gəzmələrinə icazə veriləcək. Bu barədə iclasda müzakirələr apardıq. Böyük ehtimalla həftə sonunda, digər insanların küçəyə çıxmadığı vaxtda 65 yaşdan yuxarı şəxslərin bir neçə saat gəzməklərinə icazə veriləcəyini düşünürəm" sözlərini işlədib. (Milli.az)скачать dle 10.6фильмы бесплатно
4-05-2020, 13:02
Baxıs: 19 060
Reyting: