Seninem.Az > Manşet Sağ > Səfirliyimizə hücum - Yaralananlar var - FOTO
Səfirliyimizə hücum - Yaralananlar var - FOTOTarix: 5-10-2023, 14:32. Müəllif: admin2 |
Livanda 28 sentyabrda baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb. Referans.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyiməlumat yayıb. Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib. Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar./Report/ Geri Qayıt |