Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşdüSfera.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib.

Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olundu. Eyni zamanda Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Baş nazir bu ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirib.скачать dle 10.6фильмы бесплатно
6-10-2023, 17:06
Baxıs: 1 620
Reyting: