Seninem.Az > Təhsil > “İdman müəllimi Sarayda şagirdə xəsarət yetirdi”-Valideyn Rüfət Məcidov

“İdman müəllimi Sarayda şagirdə xəsarət yetirdi”-Valideyn Rüfət Məcidov


Tarix: Dünən, 18:05. Müəllif: admin2
“İdman müəllimi Sarayda şagirdə xəsarət yetirdi”-Valideyn Rüfət Məcidov“İdman müəllimi Sarayda şagirdə xəsarət yetirdi”-Valideyn Rüfət Məcidov
Redaksiyanın elektron poçt ünvanına Apşeron Rayonu, Saray qəsəbə sakini Məcidov Rüfət Rafiq oğlu tərəfindən şikayət məktubu ünvanlanıb.
Şikayət məktubunda bildirilir:
“Oğlum 2015-cı il təvəllüdlü Məcidzadə Cahid Rüfət oğlu Apşeron Rayonu Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam orta məktəbin 5-cı sinif şagirdidir.
05.06.2026 cı il tarixində saat 13:00-da oğlum Məcidzadə Cahid Rüfət oğlu məktəbə yola salınıb. Mənə məlumat verildi ki, saat 13:14 “İdman müəllimi Sarayda şagirdə xəsarət yetirdi”-Valideyn Rüfət Məcidovradələrində oğlum idman müəllimi Fəqan adlı şəxs tərəfindən amansızcasına döyülüb. Onun sifətinə, başına dəfələrlə sillə ilə zərbələr endirib. Digər oğlum Məcidzadə Nihad Rüfət oğlu döyülən qardaşı ilə eyni sinifdə oxuduğu üçün həmin anda araya girib ki, onu sakitləşdirsin. İdman müəlliminə bildirib ki, o sənin tayın deyil, vurma. Bütün bu xahiş və tələblərə baxmayaraq azğınlaşmış idman müəllimi uşağı qəfil itəliyib yıxıb və deyib ki, sən qarışma. Uşaq qorxudan yaşca böyük sinif şagirdlərinin arxasında gizlənib ki, onu vurmasaın.
Məktəbin direktoru Asəf müəllim baş vermiş hadisəni öynənəndən sonra uşağı otağına aparıb. Bunu kamera görüntüləri də təsdiq edir. Görüntülərdən görünür ki, direktor sakit halda, gülə-gülə döyülən uşağa deyib ki, burada nə var, döyüb döyüb də. Uşaq isə ağlayaraq özünü pis hiss etdiyini, başında kəskin ağrıların olduğunu, təcili olaraq atasına məlumat verilməsini xahiş etsə də, direktor onun bu acizanə yalvarışına məhəl qoymayıb.
Üstəlik aldığı xəsarətlərə məhəl qoymayaraq uşağa hədə qorxu gəlinib. Tələb olunub ki, bu hadisədən kiminsə məlumatı olsa qymətləri aşağı yazılıb səni sinifdə saxlayacaqlar.
Daha sonra isə qadın məlliməlirin birinə tapşırılıb ki, onun aldığı xəsarətlərin üzərinə su və buz qoyulsun ki, evə gedənə kimi sakitləşsin. Uşağı bu dözülməz ağrılarla saat 14:00 dan 18:00-la kimi məktəbdə saxlayaraq valideynlərinə məlumat verilməyib.
Mən isə hadisədən həmin gün saat 18:40-da xəbər tutan kimi Apşeron Rayonu, Saray qəsəbəsində yerləşən Polis Bölməsinə məlumat vermişəm. Sağolsunlar yaxşı qarşılayaraq yazılı ərzəmi alıb operativ qaydada İdman müəllimi Fəqanın yerini müəyyənləşdirib bölməyə dəvət etdilər.
Məlumat üçün bildirirəm ki, oğlum Apşeron Rayonu Mərkəzi xəstəxanasda ekspertizadan keçirilib. Xəsarəti kəllə-beyin travması kimi qeydə alınıb. 3-4 gündür uşağın nə gecəsi var nə də gündüzü. Həm qusur, həm də dəfələrlə qulağından qan gəlib. Belə məsuliyyətsizlərin təhsil ocaqında nə işi ola bilər axı?
Valideyn olaraq mənə bildirdilər ki, məktəbin rəhbərliyi hadisəni bilərəkdən gizlədib. Valideynlərə məlumat verməyib. Məktəbdə özbaşınalıqdır.
Radə adlı müəllimə var, özü fizika müəllimidir. 5 B sinfinə təbiət dərsi keçir, uşaqları təhqir edir. Nə danışığını bilir, nə də davranışını, uşaqlarla küçə dilində danışır”-deyə Məcidov Rüfət Rafiq oğl şikayətində bildirb.
Biz isə redaksiya olaraq adları hallanan hərbir şəxsin mövqeyini dərc etməyə hazırıq.
KİV-ri haqqında qanunun tələblərinə uyğun olaraq, sorğumuza Abşeron-Xızı Regional Təhsil idarəsi münüsibət bildirdi.
Abşeron-Xızı Regional Təhsil İdarəsi:
Sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür.
(Ardı var)
Azia.az
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt