Seninem.Az > Təhsil > Səhər yeməyində uşağı qovduğu iddia edilən bağça müdiri işdən çıxarılıb

Səhər yeməyində uşağı qovduğu iddia edilən bağça müdiri işdən çıxarılıb


Tarix: 8-10-2025, 17:25. Müəllif: admin2
Səhər yeməyində uşağı qovduğu iddia edilən bağça müdiri işdən çıxarılıbDaxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

APA xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt