Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixdə aparılacaq

Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixdə aparılacaq


Tarix: 31-08-2023, 08:45. Müəllif: admin2
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

DİM bu barədə məlumat yayıb.

Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları sabah günün ikinci yarısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt