Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Fotosu ilə gündəm olan məzun kimdir?
Fotosu ilə gündəm olan məzun kimdir?Tarix: 15-06-2023, 13:32. Müəllif: admin2 |
Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu. Fotonun müəllifi olan fotoqraf Azər Azadoğlu bu anların necə ərsəyə gəlməsindən danışıb. O qeyd edib ki, fotodakı şəxs Binəqədi ərazisindəki məktəblərin birində məzun olan Vüsaldır. Fotoqraf fotonu çəkdikdən sonra Vüsaldan icazə alıb və onun fotosunu paylaşıb. “Onun atası vəfat edib. Ailədə 6 övlad – 2 qardaş, 4 bacıdırlar. Vüsal işləməyə məcbur olub. Mən ona təklif etdim ki, mənimlə çalışsın. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Əlimdən gəlsə, ona fotoqraflığı öyrədəcəyəm”. Geri Qayıt |