Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Elm və Təhsil Nazirliyi 6 məsləhətçi axtarır
Elm və Təhsil Nazirliyi 6 məsləhətçi axtarırTarix: 2-05-2023, 09:10. Müəllif: admin2 |
![]() Elm və Təhsil Nazirliyi Regional Təhsil İdarələrində 6 məsləhətçi vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edib. Müsahibəyə çıxarılan vəzifələr aşağıdakılardır: 1. Dağlıq Şirvan Regional Təhsil İdarəsinə Maliyyə-iqtisadiyyat sektoru üzrə baş məsləhətçi; 2. Qarabağ Regional Təhsil İdarəsinə Tədrisin keyfiyyəti sektoruna aparıcı məsləhətçi; 3. Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Tədrisin keyfiyyəti sektoruna məsləhətçi; 4. Quba-Xaçmaz Regional Təhsil İdarəsinə İnzibati təşkilat sektoruna aparıcı məsləhətçi; 5. Mil-Muğan Regional Təhsil İdarəsinə Sabirabad rayonu üzrə təhsil sektoruna aparıcı məsləhətçi; 6. Şirvan-Salyan Regional Təhsil İdarəsinə Maliyyə-iqtisadiyyat sektoruna aparıcı məsləhətçi. Geri Qayıt |