Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > İbtidai siniflərdə yeni fənn tədris ediləcək
İbtidai siniflərdə yeni fənn tədris ediləcəkTarix: 17-03-2023, 16:15. Müəllif: admin2 |
2022-ci ildə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və I-X sinifləri üçün ümumilikdə 273 adda 7297,1 min nüsxə dərslik çap edilib. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd olunub ki, həmçinin ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlanıb. Hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili”, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır. Geri Qayıt |