Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda eyni gündə 2 uşaq məktəbdən çıxıb itkin düşdü
Azərbaycanda eyni gündə 2 uşaq məktəbdən çıxıb itkin düşdüTarix: 8-12-2022, 10:19. Müəllif: admin2 |
Bakıda eyni gündə iki şagird itkin düşüb. Dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib. Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb. Araşdırmalar davam etdirilir. Geri Qayıt |