Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Dövlət qulluğundan 1 bal ilə kəsilənlərə ŞAD XƏBƏR
Dövlət qulluğundan 1 bal ilə kəsilənlərə ŞAD XƏBƏRTarix: 25-10-2022, 08:38. Müəllif: admin2 |
Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu. Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı. Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib. Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub. Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər. Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək. Geri Qayıt |