Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı

Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı


Tarix: 10-10-2022, 09:32. Müəllif: admin2
Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı

Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.

Hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.

Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.

Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt