Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Nazir 150 mindən çox müəllimə SMS göndərdi
Nazir 150 mindən çox müəllimə SMS göndərdiTarix: 5-10-2022, 10:52. Müəllif: admin2 |
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib. O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib. Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!” Geri Qayıt |