Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Bu nazirliyin Tədris Mərkəzi ləğv edildi - QƏRAR
Bu nazirliyin Tədris Mərkəzi ləğv edildi - QƏRARTarix: 20-08-2022, 12:24. Müəllif: admin2 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib. Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib. Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranıb. Geri Qayıt |