Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcəkTarix: 30-07-2022, 09:04. Müəllif: admin2 |
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək. Bu barədə Manset.az-a DİM-dən bildirilib. İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq İmtahana gəlməli olan şəxslər saat 13:00-dan gec olmayaraq şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 14:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. Geri Qayıt |