Seninem.Az > Təhsil / Manşet Yuxarı > Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinə ödənilən vəsaitin miqdarı məlum olub
Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinə ödənilən vəsaitin miqdarı məlum olubTarix: 4-01-2022, 14:58. Müəllif: admin |
Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub. Leqal.info-nun əldə etdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib. Belə ki, indiyədək 41 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib. Geri Qayıt |