Seninem.Az > Təhsil / Manşet Yuxarı > Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır

Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır


Tarix: 5-11-2021, 17:00. Müəllif: admin
Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.



Təhsil Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt