Şagirdlərin yerdəyişməsi başlayıb

Bu gündən Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.

Leqal.info xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyindən bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.скачать dle 10.6фильмы бесплатно
10-11-2021, 13:09
Baxıs: 41 962
Reyting: