Azərbaycan və Türkiyə prezidentlərinin Rizə-Artvin Hava Limanının açılışında iştirak etməsi tarixi hadisədir

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin Qara dənizin üzərində inşa etdiyi nəhəng Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi tarixi hadisədir. Bu, həm də Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl şəkildə inkişaf etdiyini təsdiqləyir".

"Leqal.info" xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir: "Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi altında bu gün ölkələrimiz arasında sıx və əbədi əlaqələr qurulub. Prezident İlham Əliyevin Türkiyədəki belə bir nəhəng layihənin açılışında iştirakı hər iki ölkə prezidentlərinin şəxsi dostluğu və əməkdaşlığının ən yüksək səviyyəyə yüksəlməsinin bariz nümunəsidir".

Deputat bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etdiyini xatırladıb: "O, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmişdi. Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya da səfərdə olmuşdu. Azərbaycan və Türkiyə liderləri tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanmışdı. Bu sənəd isə Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir. Hesab edirəm ki, ümumilikdə tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkə başçılarının həyata keçirdiyi fəaliyyətin zəfər nöqtəsidir".
Azərbaycan və Türkiyə prezidentlərinin Rizə-Artvin Hava Limanının açılışında iştirak etməsi tarixi hadisədir
YAP funksioneri qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir: "Sevindirici haldır ki, tarixən ölkələrimiz arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilməyib, əksinə, hər iki ölkə və millət şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin real siyasətdə də həyata keçirildiyini dünyaya nümayiş etdirirlər. Bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd edim ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür".скачать dle 10.6фильмы бесплатно
14-05-2022, 17:57
Baxıs: 28 369
Reyting: