Fransa səfiri Kəlbəcərdə həlak olan media işçiləri ilə bağlı başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros azərbaycanlı media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimov onları daşıyan avtomobilin Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib.

Leqal.info-nun məlumatına görə, diplomat bu barədə tvitter səhifəsində yazıb.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşməsi nəticəsində həlak olmaları xəbəri məni çox kədərləndirdi. Onların yaxınlarına başsağlığı diləyirəm”, - Z.Qros qeyd edib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.скачать dle 10.6фильмы бесплатно
4-06-2021, 15:30
Baxıs: 37 011
Reyting: