Seninem.Az > Sosial / Manşet Yuxarı > Qəbələdə toydan sonra zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı

Qəbələdə toydan sonra zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı


Tarix: 6-08-2019, 12:15. Müəllif: admin
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyindən "Leqal.info"ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt