Seninem.Az > Sosial / Manşet Yuxarı > Yevlaxda camış 8 yaşlı uşağa ağır xəsarət yetirib

Yevlaxda camış 8 yaşlı uşağa ağır xəsarət yetirib


Tarix: 14-07-2019, 13:43. Müəllif: admin
Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.

“Leqal.info”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.

Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.

Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt