Seninem.Az > Sosial / Manşet Yuxarı > Ən çox yağıntı Zaqatalaya düşüb
Ən çox yağıntı Zaqatalaya düşübTarix: 11-05-2019, 16:19. Müəllif: admin |
Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Leqal.info-ya verilən məlumata görə, mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub. Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında, Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb. Bu gün gündüz əksər rayonlarda yağıntılar kəsiləcək. Geri Qayıt |