Seninem.Az > Sosial / Manşet Yuxarı > DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib

DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib


Tarix: 30-04-2019, 11:27. Müəllif: admin
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminar təşkil edilib.

Leqal.info "Report"a istinadən xəbər verir ki, akademiyanın mütəxəssisləri, Bakı şəhəri Nərimanov rayonunun 23 ümumtəhsil müəssisəsinin şagirdləri iştirak ediblər.

Əvvəlcə şagirdlər akademiyanın "Şöhrət" muzeyi ilə tanış olublar.

Çıxış edən akademiyanın rəis müavini Elşad Nəsirov deyib ki, ictimai həyatın elə bir sahəsi yoxdur ki, İKT-nin nailiyyətlərindən istifadə olunmasın.

O bildirib ki, Azərbaycan kosmik ölkələr sırasına daxildir, 3 peyki var, ölkədə informasiya texnologiyalardan geniş istifadə olunur.

Rəis müavini qeyd edib ki, bununla yanaşı, zərərli informasiyalardan da qorunmaq lazımdır: "Bu cür layihələrin qurbanına daha çox yeniyetmələr çevrilir. Son vaxtlar sosial şəbəkələrdə "Mavi balina" adlı oyun yayılıb. O oyunun aludəçiləri sonda özlərinə qəsd edirlər. Digər mənfi cəhət isə şəxsi həyata müdaxilədir. Son dövrlərdə sosial şəbəkələrdə insanların şəxsi həyatlarına müdaxilə etdiklərinə görə məhkəmələrə müraciətlər olur. Şəbəkə sorğu göndərməklə şəxsi məlumatları əldə edir, bu da ciddi pozuntu faktıdır. Sosial şəbəkələrin müsbət cəhətləri də var: ünsiyyət qurmaq, yaradıcılıq işlərini paylaşmaq, fikirləri bölüşmək".

Akademiyanın kafedra rəisi Mehparə Sadıqova isə sosial şəbəkələrin insanların psixikasına təsirindən danışıb.

Seminar çərçivəsində şagirdlərin bilavasitə qatıldıqları müzakirələrdə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə vaxtlarının daha çox "virtual dünya"ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə diskussiyalar aparılıb.
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilib
DTX-nın Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda seminar təşkil edilibскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt