Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda çoxmərtəbəli binada təhlükəli anlar yaşanıb

Bakıda çoxmərtəbəli binada təhlükəli anlar yaşanıb


Tarix: 18-03-2019, 11:14. Müəllif: admin
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Əməliyyat başa çatıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt