Seninem.Az > Sosial / Manşet Yuxarı > Zabratda məcburi köçkünlərin məskunlaşdığı 4 ev yandı

Zabratda məcburi köçkünlərin məskunlaşdığı 4 ev yandı


Tarix: 20-02-2019, 09:17. Müəllif: admin
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt