Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Tarix: 12-01-2019, 17:42. Müəllif: admin
Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, Z.Mərdanov ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt