Seninem.Az > Sosial / Manşet Yuxarı > Abşeronun bir hissəsi işıqsız qalıb
Abşeronun bir hissəsi işıqsız qalıbTarix: 3-01-2019, 23:24. Müəllif: admin |
Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Leqal.info "Report"a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub. Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib. Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb. "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir: "Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar". Geri Qayıt |