Seninem.Az > Sosial / Manşet Yuxarı > Dekabrın 6 günü gecələr çox uzun

Dekabrın 6 günü gecələr çox uzun


Tarix: 4-12-2018, 08:41. Müəllif: admin
Azərbaycana qış fəsli daxil olduqdan sonrakı 6 gün ərzində ən qısa gündüzlər və ən uzun gecələr müşahidə ediləcək.

Bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycana qış fəsli dekabrın 22-də saat 02.22.42-də daxil olacaq:

"Dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq. Həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq".

Direktor müavini əlavə edib ki, Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: “Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik”.

X.Mikayılov qeyd edib ki, Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-də (2019-cu il) olacaq. Həmin gündə Bakı vaxtı ilə saat 09:36-da Yerlə Günəş arasındakı məsafə 147 098 291 km olacaq ki, bu da Yerlə Günəş arasında olan orta məsafədən (149 600 000 km) təxminən 2,5 million km azdır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt