Seninem.Az > Sosial / Manşet Yuxarı > Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şey edirlər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şey edirlərTarix: 2-12-2018, 12:43. Müəllif: admin |
|
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva idmanın inkişafı üçün hər şey edirlər və bu, Azərbaycan üçün çox müsbət haldır. Bu barədə Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti İrina Deryugina Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresi çərçivəsində Trend-ə açıqlamasında bildirib. İ.Deryugina qeyd edib ki, dövlət başçısı Milli Olimpiya Komitəsinə başçılıq edəndə ölkədə idmanın inkişafı düzgün istiqamətdə aparılır. O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının işinə toxunub. Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidentinin fikrincə, Azərbaycan Gimnastika Federasiyası gördüyü işlərə görə dünyada ən yaxşı federasiyadır: "Azərbaycan Gimnastika Federasiyasının keçmiş baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi bunun ən yaxşı təsdiqidir".
Geri Qayıt |