Seninem.Az > Sosial / Manşet Yuxarı > Lənkəran sakininə çaqqallar hücum edib
Lənkəran sakininə çaqqallar hücum edibTarix: 20-11-2018, 11:18. Müəllif: admin |
Lənkəran rayon sakininə çaqqallar hücüm edərək ona xəsarət yetirib. Leqal.info-nun xəbərinə görə, hadisə rayonun Xanbulan kəndində baş verib. Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub. Geri Qayıt |