Seninem.Az > Sosial / Manşet Yuxarı > Qızılağac qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb


Tarix: 20-09-2018, 18:00. Müəllif: admin
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub. Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Ondan ov tüfəngi və patron götürülüb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt