Seninem.Az > Sosial / Manşet Yuxarı > Şimal rayonlarında terror aktı planlaşdıran radikal dini ekstremist qrupun üzvü məhv edilib

Şimal rayonlarında terror aktı planlaşdıran radikal dini ekstremist qrupun üzvü məhv edilib


Tarix: 29-08-2018, 13:03. Müəllif: admin
Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2018-ci il avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.

Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt