Seninem.Az > Sosial / Manşet Yuxarı > Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açIqlanıb
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açIqlanıbTarix: 24-08-2018, 14:20. Müəllif: admin |
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-190, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir. Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 75 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 162 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub. Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 2, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Surra məntəqəsində isə 4 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2017-ci il avqustun 24-də 356 sm), Şirvanda 199 sm (2017-ci il avqustun 24-də 207 sm), Salyanda 121 sm (2017-ci il avqustun 24-də 142 sm), Bankədə 172 sm (2017-ci il avqustun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il avqustun 24-də 60 sm) təşkil edir. Geri Qayıt |