Seninem.Az > Sosial / İdman / Manşet Yuxarı > “Bakıda Milli Gimnastika Arenasını çox bəyəndim”
“Bakıda Milli Gimnastika Arenasını çox bəyəndim”Tarix: 19-08-2018, 20:35. Müəllif: admin |
“Bakıda Milli Gimnastika Arenasını çox bəyəndim”. Bunu Trend-ə bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirində 2008-ci il təvəllüdlü gimnastlar arasında sərbəst yarışlarda ikinci yeri, halqa ilə hərəkətlər və çoxnövçülükdə üçüncü yeri tutan ukraynalı gimnast Anastasiya Korotnanskaya deyib. O qeyd edib ki, Milli Gimnastika Arenasının böyük zalı və hündür tavanı var: "Bu, Bakıya ilk səfərimdir. Bir az şəhəri gəzmişəm. Bakı çox gözəldir”. Ukraynalı gimnast "GymBala" beynəlxalq turnirində mükafat qazansa da, çıxışından elə də razı qalmayıb: “Öz çıxışımdan elə də razı deyiləm, səhvlər var idi. Məşqçi daha yaxşı işləməli olduğumu bildirdi”. Geri Qayıt |