Seninem.Az > Sosial / Manşet Yuxarı > Lerik meşəsindəki yanğın söndürülüb

Lerik meşəsindəki yanğın söndürülüb


Tarix: 3-08-2018, 19:57. Müəllif: admin
Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

Yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt