Seninem.Az > Sosial / Manşet Yuxarı > Kəmaləddin Heydərov zəlzələ bölgəsində
Kəmaləddin Heydərov zəlzələ bölgəsindəTarix: 6-06-2018, 14:10. Müəllif: admin |
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar. Nazir yeraltı təkanlardan zərərçəkmiş digər ərazilərə də baxış keçirəcək. Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib. Geri Qayıt |