Seninem.Az > Sosial / Video / Manşet Sağ > Mehriban Əliyeva DSX Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edib
Mehriban Əliyeva DSX Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edibTarix: 5-03-2018, 15:30. Müəllif: admin |
|
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev M. Əliyevaya məruzə edib. Birinci vitse-prezident yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib. M. Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Kursantlar M. Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb. Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri Qayıt |