Seninem.Az > Sosial / Manşet Yuxarı > Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırılıb
Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırılıbTarix: 20-02-2018, 18:41. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib. İndiyədək bu təqaüdün məbləği 1300 manat olub. Geri Qayıt |