Seninem.Az > Sosial / Manşet Yuxarı > İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıb
İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıbTarix: 12-02-2018, 14:30. Müəllif: admin |
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində intim münasibətinin videosu yayılan şagird qız məktəbdən çıxarılıb. Bu barədə AzNews.az-a sözü gedən məktəbdən məlumat verilib. Məlumata görə, 7-ci sinif şagirdini valideynləri məktəbdən çıxararaq harasa aparıblar: “O şagird daha bizdə oxumur. Onu valideynləri apardı. Hara aparmaları ilə bağlı məlumatımız yoxdur”. Məktəbdən onu da əlavə ediblər ki, videoda görünən 7-ci sinif şagirdi ilə seksual hərəkətlər edən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevlə heç bir qohumluğu yoxdur. Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdi olan qız ilə 11-ci sinif şagirdi olan oğlan arasında intim münasibətin video-görüntüsü yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bundan əvvəl mətbuatda yayılan xəbərlərdə 7-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər edən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğu bildirilirdi. Geri Qayıt |