Seninem.Az > Sosial / Manşet Yuxarı > Etibarlı və Komfortlu istirahətinizi AF Turizm MMC ilə keçirin...

Etibarlı və Komfortlu istirahətinizi AF Turizm MMC ilə keçirin...


Tarix: 10-02-2018, 15:58. Müəllif: admin
Hər bir insanın istirahət etmək hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Çalışan şəxslər nəinki fiziki və zehni, hətta psixololi cəhətdən yorulurlar.

İstirahətin fəsli olmur. Yəni yay fəslinin istirahəti bir başqa olur qış fəslinin istirahəti isə bir başqa. Qış fəsli gəldikdə ilk hamımızın yadına bəzi bölgələrimizdə əsrarəngiz, göz oxşayan təbiəti və aurası ilə yadda qalan bir neçə istirahət zonası yadımıza düşür. Bunlardan Şahdağ, Tufandağ və bir çoxlarını xüsusilə qeyd etmək olar. Leqal.info-nun əməkdaşı olaraq mən də qərara gəldim ki, 1 günlük də olsa gedim dincəlim. AF Turizm MMC-nin xətti ilə Şahdağ İstirahət kompleksinə Tur şəklində getdik. Həqiqətən də atalar gözəl deyib ki, min eşitməkdənsə bir görmək yaxşıdır. Sağolsun AF Turizm MMC-nin rəhbəri Balamirzə müəllim dediyi kimi də tərifə layiq idi. Orada ki, təbiət, gözəllik necə də insanın ruhunu dincəldirdi.
Hörmətli izləyicilərimiz sizləri də AF Turizm MMC-nin təşkil etdiyi Tura qatılmağı dəvət edirik. Siz də gedin o gözəlliyin şahidi olun...
Leqal.info-nun rəhbəri olaraq AF Turizm MMC-nin rəhbəri Balamirzə müəllimə bu turu professional qaydada təşkil etdiyi üçün xüsusi minnətdarlığımı bildirirəm.
- Istirahətin hansı növləri var?

-İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır, idmanla məşğul olur, ya da heç olmasa, məşğuliyyətini dəyişir. Həm fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır. Orta yorğunluq isə aktiv istirahətlə keçir. Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir.

- İstirahət nə üçün lazımdır?


-İtirilmiş enerjini bərpa etmək, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir.

- Uzun müddət istirahət etmədikdə nə baş verir?


-Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Nəticədə səbəbsiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır. Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Misal üçün, məntiqi məsələləri həll etmək üçün, ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Bu səbəblərdən də istirahət etmək çox vacibdir.

- İstirahəti necə təşkil etmək lazımdır?


-İstirahət zamanı həll olmayan işlər insanda psixoloji gərginlik yaradır. Ona görə də çalışıb ən vacib işləri tamamlamaq lazımdır. İstirahət vaxtı yaxşı istirahət edin. Məsəl var, yaxşı istirahət etməyən yaxşı işləməz. İstirahət zamanı belə, özünüzü hədsiz yükləməyin. Daha çox rahat olun. Sizə fiziki və psixoloji rahatlıq verən istirahət növünü seçin. Istirahətin mənalı keçməsinin sirri onun düzgün təşkilidir. Asudə vaxtı açıq havada, yəni parkda, meşədə keçirdikdə, turizmlə, idmanla məşğul olduqda qüvvə bərpa olunur, orqanizmin yorğunluğa qarşı müqaviməti artır. Vacibi odur ki, hər kəs özünə xoş gələn və onun fiziki imkanlarına cavab verən idman növü ilə məşğul olsun. Hamıya uyğun gələn ən yaxşı fiziki iş gəzintidir. Bununla 2 yaşından başlayaraq 100 yaşınadək hamı məşğul ola bilər. Istirahət üçün insanlar daha çox xarakterlərinə və zövqlərinə uyğun yerlər seçsinlər. Kiminsə xətrinə və ya məsləhətinə görə, istirahət üçün harasa getmək lazımi effekt verməyəcək.
Bəzən adamlar istirahət vaxtı da işləri ilə məşğul olurlar ki, bu da istirahətin keyfiyyətinə mənfi təsir göstərir. İstirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir. Bu, misal üçün təbiət guşələri ola bilər. Adrenalini sevənlər üçün bu hər hansı andrenalini yüksəldən istirahət ola bilər. Yaxşı olar ki, istirahət etməyə hazırlaşanlar istirahət üçün fərqli mühit seçsinlər. Bu həm kənd yerləri, həm də xarici ölkəyə səfər də ola bilər. Şəhərlərdənsə təbiət qoynunda istirahət etmək müsbət təsiri ilə seçilir. Belə ki, yaşıllıq, təbiət səsləri (quşların səsi, çayın səsi, bulağın səsi, şəlalənin harayı) dəniz qırağında istirahət insanı sakitləşdirir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt