Seninem.Az > Sosial > Bakıda köməksiz qalan 4 nəfər xilas edilib
Bakıda köməksiz qalan 4 nəfər xilas edilibTarix: 4-02-2018, 21:45. Müəllif: admin |
Paytaxtın Nərimanov və Səbail rayonunda köməksiz qalan 4 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər, Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftlərdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb. Geri Qayıt |