Seninem.Az > Sosial > Azərbaycan əhalisi 2017-ci ildə 120 min nəfər artıb
Azərbaycan əhalisi 2017-ci ildə 120 min nəfər artıbTarix: 25-12-2017, 13:43. Müəllif: admin |
|
“Azərbaycanda əhalinin artım dinamikası yüksəlib”. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, parlament və BMT ilə birgə keçirilən konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib. O qeyd edib ki, 2017-ci ildə 159 min uşaq dünyaya gəlib, ümumilikdə isə 120 min nəfər artım olub: “Bu yüksək dinamikadır və biz bütün proqramları o istiqamətə yönəltmişik ki, əhalinin rifah halı yaxşılaşsın. Biz hər il 100 min iş yerinin açılmasını planlaşdırırıq". Geri Qayıt |