Seninem.Az > Sosial > Mənimsəmədə təqsirləndirilən satış meneceri Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb

Mənimsəmədə təqsirləndirilən satış meneceri Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb


Tarix: 26-10-2017, 16:29. Müəllif: admin
Bakı Apellyasiya Məhkəməsində "Avrora" şirkətinin mənimsəmədə təqsirləndirilən satış meneceri Aydın İlyasov barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Leqal.info xəbər verir ki, Vəkil Səlahəddin Cəfərov APA-ya deyib ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin A. İlyasov barəsindəki qərarı ləğv edilib və A. İlyasov məhkəmə zalından azadlığa buraxılıb.

Onun barəsində 4 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

İttihama görə, A. İlyasov çalışdığı "Avrora" şirkətinə məxsus 42 min manatlıq ərzaq məlumatlarını mənimsəməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. İlyasov 8 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt