Seninem.Az > Sosial > Güclü külək əsəcək, temperatur 4-6 dərəcə düşəcək
Güclü külək əsəcək, temperatur 4-6 dərəcə düşəcəkTarix: 25-10-2017, 12:22. Müəllif: admin |
Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir. Oktyabrın 26-sı gündüz, 27-də bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu oktyabrın 27-də ötən günlə müqayisədə 4-6° enəcək. Leqal.info Geri Qayıt |