Seninem.Az > Sosial > Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq

Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq


Tarix: 20-10-2017, 14:54. Müəllif: admin
2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt