Seninem.Az > Sosial > Yağışlar Bakı və Abşeronda subasma sahələrinin aktivləşməsinə səbəb olub
Yağışlar Bakı və Abşeronda subasma sahələrinin aktivləşməsinə səbəb olubTarix: 3-10-2017, 14:55. Müəllif: admin |
|
Bakı və Abşeronda subasma sahələrində vəziyyət açıqlanıb. Leqal.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınıb. Ekspedisiya rəisi bildirib ki, Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi və Qala qəsəbəsi subasma sahələrində də nisbi aktivlik baş verib. Ə. Qaralov qeyd edib ki, subasma sahələrində prosesin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub. Geri Qayıt |