Seninem.Az > Sosial > İntensiv yağış yağacaq, külək güclənəcək
İntensiv yağış yağacaq, külək güclənəcəkTarix: 27-09-2017, 12:00. Müəllif: admin |
Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. ETSN-dən Leqal.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Geri Qayıt |