Seninem.Az > Sosial > MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkTarix: 11-09-2017, 18:42. Müəllif: admin |
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev sentyabrın 12-də Moskvaya səfər edəcəklər. MM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, deputatlar “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub. Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi, regiondakı mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, habelə mədəniyyət, təhsillə bağlı məsələləri müzakirə edəcəklər. Səfər sentyabrın 16-da başa çatacaq. Leqal.info Geri Qayıt |