Seninem.Az > Sosial > "Muğanbank"ın sabiq xəzinədarı 8 il müddətinə azadlıqdan məhrum edilib
"Muğanbank"ın sabiq xəzinədarı 8 il müddətinə azadlıqdan məhrum edilibTarix: 11-09-2017, 12:38. Müəllif: admin |
Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Leqal.info Geri Qayıt |